Mossadın sabiq şefi Netanyahunun İran əleyhinə iddiasını rədd etdi
-
Mossadın sabiq şefi Netanyahunun İran əleyhinə iddiasını rədd etdi
Sionist rejimin casusluq xidməti Mossadın sabiq rəisi etiraf edib ki, İsrail baş naziri Benyamin Netanyahunun İran əleyhinə sənədlərində nüvə anlaşmasının pozulmasına dair nişanə yoxdur.
Sionist rejim baş naziri Benyamin Netanyahu bazar ertəsi gecə televiziya kamerası qarşısında bir neçə şəkil, kompakt disk və kağızı göstərdi və İranın atom silahı istehsal etmək üçün gizli proqramının olduğunu iddia etdi.
Əl-Məyadin televiziyasının məlumatına görə, Mossadın sabiq rəisi Dani Yatom sionist rejim ordusu radiosuna verdiyi müsahibədə deyib: Netanyahunun İran haqda təqdim etdiyi sənədlər 2015-ci ilə aiddir və onda İranın nüvə sazişini pozacaq nişanə müşahidə olunmur.
Netanyahunun təkrar iddiaları ilə yanaşı qeyd edək ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik 2016-cı il 17 yanvarda Əhatəli Müştərək Təşəbbüs Proqramının icrası günündən İranın nüvə sazişinə sadiq qalmasını azı on dəfə təsdiqləyib.