"Qayıdış haqqı" yürüşünün altıncı cüməsində fələstinli yaralıların sayı artıb
Fələstin səhiyyə nazirliyi Qəzzə zolağında keçirilən böyük "Qayıdış haqqı" yürüşünün altıncı cüməsində fələstinli yaralıların sayının artmasından xəbər verib.
Fələstin səhiyyə nazirliyi bu gün səhər tezdən elan edib ki, fələstinlilərin Qəzzə zolağı sərhədlərində keçirilən böyük "Qayıdış haqqı" yürüşünün altıncı cüməsində 1143 fələstinli yaralanıbdır ki, onların 83 nəfəri sionist hərbçilər tərəfindən hərbi güllə ilə hədəfə alınıbdır.
Bundan öncə yaralıların sayı 431 nəfər elan olunmuşdu.
Yardım qrupları bildiriblər ki, yüzlərlə fələstinli gözyaşardıcı qazla tənəffüs nəticəsində boğuntu halına düşübdür.
Fələstinli gənclər sərhədin o tayında sionist snayperlər qarşısında maneə yaratması üçün sərhəd hasarının təqribən 300 metrliyində avtomobil şinlərini yandırıblar.