Kimyəvi silahların qadağanı təşkilatı müfəttişlərinin Dumadakı təhqiqatları başa çatıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i305920-kimyəvi_silahların_qadağanı_təşkilatı_müfəttişlərinin_dumadakı_təhqiqatları_başa_çatıb
Rusiya müdafiə nazirliyinin sözçüsü İqor Konaşenkov dünən gecə kimyəvi silahların qadağanı təşkilatı müfəttişlərinin Suriyanın Şərqi Qutə bölgəsinin Duma məntəqəsindəki təhqiqatlarının başa çatmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 05, 2018 10:57 Asia/Baku
  • Kimyəvi silahların qadağanı təşkilatı müfəttişlərinin Dumadakı təhqiqatları başa çatıb
    Kimyəvi silahların qadağanı təşkilatı müfəttişlərinin Dumadakı təhqiqatları başa çatıb

Rusiya müdafiə nazirliyinin sözçüsü İqor Konaşenkov dünən gecə kimyəvi silahların qadağanı təşkilatı müfəttişlərinin Suriyanın Şərqi Qutə bölgəsinin Duma məntəqəsindəki təhqiqatlarının başa çatmasından xəbər verib.

Kimyəvi silahların qadağanı təşkilatının müfəttişləri son günlər bir neçə dəfə Dumada iddia olunan kimyəvi hücum məkanından nümunələr götürüblər.

Toplanmış nümunələr qərar üzrə Kimyəvi silahların qadağanı təşkilatının qəbul etdiyi laboratoriyalarda sınaqdan keçirilməlidir.

Suriya dövləti aprelin onunda Kimyəvi silahların qadağanı təşkilatından rəsmən istəmişdi ki, terrorçuların Suriya ordusunun Dumaya kimyəvi hücumuna dair iddiasını araşdırsın. Bu xahiş həmin təşkilat tərəfindən rəğbətlə qarşılanmışdı.

ABŞ-Fransa-İngiltərə şər üçbucağı aprelin 14-də, yəni Dumaya qarşı puç kimyəvi hücum ittihamının irəli sürülməsindən düz bir həftə sonra Suriyanın müxtəlif məntəqələrinə yüzdən çox raket atdı. Bu vəhşicəsinə cinayət məhz həmin iddia olunan kimyəvi hücum bəhanəsilə törədilmişdi.