May 05, 2018 21:31 Asia/Baku
  • ABŞ Əfqanıstandan çıxmamaq üçün destabillik yaradır
    ABŞ Əfqanıstandan çıxmamaq üçün destabillik yaradır

ABŞ və qərb Əfqanıstandan çıxmamaq üçün müxtəlif bəhanələrə, o cümlədən destabilliyə əl atmaqdadır.

Bir amerikalı ABŞ-ın Əfqanıstandakı yararsız militarizmindən danışır ki, terrorizm artmışdır. Başqa bir amerikalı isə deyir ki, nigaran olmayın. Hər şey nəzarət altındadır.

ABŞ rəsmisi deyib: Biz düşmənlərə təzyiq göstərərək onları məğlub edəcəyik. Əfqanıstanı terrorçulardan təmizləyəcəyik.

Əlbəttə elə Obama da əvvəllər deyirdi ki, tezliklə qalib gələcəyik. Və ondan öncə də bu şəxs, 2003-cü ildə ABŞ-ın müdafiə naziri Ramsfeld vəd edirdi ki, qələbə yaxındır.

ABŞ-ın o vaxtkı sabiq dövlət katibi Ramsfeld bildirmişdi: Biz istiqamətimizi müharibə hücumlarından stabilləşdirmə mərhələsinə dəyişmişik.

O düz deyirdi, Amerika istiqamətini dəyişdi.  Əlbəttə stabillik və dincliyin təmin olunması istiqamətinə deyil, destabilliyin idarə olunması istiqamətinə. O vaxtlar Əfqansıtanda əl-Qaidə və Taliban vardısa, indi də İŞİD terror qruplaşması vətəndaşların qətliamı tapşırığı ilə onlara əlavə olunmuşdur.

Əfqanıstanın sabiq prezidenti deyib: Unutmayaq ki, İŞİD ABŞ-ın Əfqanıstanda hərtərəfli hərbi iştirakı sayəsində yarandı. Amerikalılar bizim hamımızı aldatdılar.

Bəlli olan budur ki, Əfqanıstandakı destabillik və qarşıdurmanın əsas qalibi ABŞ və onun qərbli müttəfiqlərindən başqa kimsə deyildir. Belə ki, bu prosesi Əfqanıstanda hərbi iştirakları üçün ən yaxşı seçim hesab edirlər.

 

Teqlər