Qəzzə partlayışında 6 nəfər şəhid olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i306014-qəzzə_partlayışında_6_nəfər_şəhid_olub
Xəbər mənbələri bildiriblər ki, Qəzzədə baş verən güclü partlayış nəticəsində Fələstin İslami Müqavimət Hərəkatının ( HƏMAS) hərbi qanadı olan İzzəddin Qəssam batalyonlarının 6 üzvü şəhid olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 06, 2018 04:48 Asia/Baku
  • Qəzzə partlayışında 6 nəfər şəhid olub
    Qəzzə partlayışında 6 nəfər şəhid olub

Xəbər mənbələri bildiriblər ki, Qəzzədə baş verən güclü partlayış nəticəsində Fələstin İslami Müqavimət Hərəkatının ( HƏMAS) hərbi qanadı olan İzzəddin Qəssam batalyonlarının 6 üzvü şəhid olub.

Fələstin Əl-Yəum xəbər portalı bildirir ki, partlayış Qəzzənin mərkəzində Deyrəl-Bəlh şəhərində Əbusətə bölgəsində baş verib. 

Əl-Aləm telekanalı da məlumat verib ki, bu partlayışın səbəbi 2014-cü ildə sionist rejimin F-16 hərbi təyyarəsindən atılmış bir ədəd raketi zərərsizləşdirərkən baş verib. 

Partlayışda yaralananlar xəstəxanaya yerləşdiriliblər.