May 06, 2018 09:43 Asia/Baku
  • İraqda seçkilərin təhlükəsizliyi tədbirlərinə start verilib
    İraqda seçkilərin təhlükəsizliyi tədbirlərinə start verilib

İraqda hərbi və təhlükəsizlik qüvvələri tam hazırlıq vəziyyətinə gətirilərək bu ölkədə seçkilərin təhlükəsizliyinin təmini üzrə xüsusi tədbirlərə start verilib.

İRNA-nın verdiyi məlumata görə, İraqda bir təhlükəsizlik mənbəyi təhlükəsizlik tədbirlərinin başlanması və bütün təhlükəsizlik vəhərbi qüvvələrin seçkilərin sonunadək tam hazırlıq vəziyyətinə keçmələrinədn xəbər verib. 

Eyni zamanda İraqın Daxili İşlər Nazirliyinin sözçüsü və Bağdad Əməliyyat qərargahının sözçüsü də 12 may seçkilərinin təhlükəsizliyinin təmini üçün lazımı hazırlığın olduğunu bildirərək demişdi ki, Ali Seçki Komissiyası ilə yüksək səviyyədə koordinasiya mövcüddür. 

İraqda 2018-ci il parlament seçkiləri İŞİD-in məğlub edilməsindən sonra bu ölkədə keçirilən ilk və Amerikanın 2011-ci ildə İraqdan geri çəkilməsindən sonra ikinci seçkilər hesab olunur. 

Bu seçkilərdə ölkənin 18 vilayətində 7 min 367 namizəd  parlamentin 329 yeri uğrunada üzərində rəqabət aparacaqlar. 

Teqlər