Dəməşqin ətrafında İsrail və Britaniya istehsalı olan silahlar aşkar edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i306040-dəməşqin_ətrafında_İsrail_və_britaniya_istehsalı_olan_silahlar_aşkar_edilib
Suriyanın Əl-Əxbariyyə telekanalı şərqi Qutədə sionist rejim və Britaniya istehsalı olan silahların aşkar edilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 06, 2018 08:48 Asia/Baku
  • Dəməşqin ətrafında İsrail və Britaniya istehsalı olan silahlar aşkar edilib
    Dəməşqin ətrafında İsrail və Britaniya istehsalı olan silahlar aşkar edilib

Suriyanın Əl-Əxbariyyə telekanalı şərqi Qutədə sionist rejim və Britaniya istehsalı olan silahların aşkar edilməsindən xəbər verib.

Suriya ordusu qüvvələri Dəməşqin şərqi Qutə bölgəsinin azad edilmiş Cubər və Eyni Tərma ərazilərində axtarış apararkən sionist rejimin müasir silahları, raket və raket atanları, Britaniyanın rabitə aparatları və təkfirçi terrorçu qrupların istifadə etdikləri hərbi zirehli texnika və tunellər aşkar ediblər. 

Suriya ordusu Dəməşqin şərqi Qutə ərazilərini son vaxtlar terrorçuların işğalından azad etdi. 

Öncə də Suriya mənbələri Qoneytərə və Dorada terrorçulara göndərilərkən İsrail istehsalı olan silahların və dərman preparatlarının zəbt edilməsindən xəbər vermişdilər.