Afrində anti-terror aksiya
https://azeri.sahartv.ir/news/qərbi_asia-i306062-afrində_anti_terror_aksiya
Suriyanın Hələb vilayətinin şimal qərbində yerləşən Afrinin bəzi ətraf kəndlərində sakinlər Türkiyə tərəfindən dəstəklənən "Suriya Azad Ordusu" qüvvələri və terrorçu qruplara qarşı etiraz aksiyası keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 06, 2018 14:45 Asia/Baku
  • Afrində anti-terror aksiya
    Afrində anti-terror aksiya

Suriyanın Hələb vilayətinin şimal qərbində yerləşən Afrinin bəzi ətraf kəndlərində sakinlər Türkiyə tərəfindən dəstəklənən "Suriya Azad Ordusu" qüvvələri və terrorçu qruplara qarşı etiraz aksiyası keçiriblər.

İRNA-nın verdiyi məlumata görə, Kuran kəndinin sakinləri bir yerli gəncin Suriya Azad Ordusu ünsürləri tərəfindən döyülməsindən sonra onlara qarşı etiraz aksiyası keçirib və onların kəndi tərk etmələrini istəyiblər. 

Məlumatlara görə, "Suriya Azad Ordusu " qüvvələri sakinləri qorxudaraq onları təhqir edir və mallarını zəbt edirlər. 

Ötən həftə də Afrində həmin qüvvələrin rəftarlarına qarşı oxşar aksiya keçirilmişdi.