HRW: Bin Salman vətəndaşları zindana salaraq, açarları uzaqlara atıbdır
Human Rights Watch təşkilatı Ərəbistanda bəziləri ittihamı elan olunmadan məhbəsdə olan bir neçə yüz nəfərin həbs edilməsinə toxunaraq, deyib: Belə görünür ki, Muhəmməd bin Salman vətəndaşları zindana salaraq, açarları uzaqlara atıbdır.
Human Rights Watch təşkilatı bildirib ki, Ərəbistan minlərlə nəfəri məhkəməyə göndərmədən bəzi hallarda on ildən çox bir müddətə həbs edib. Bu təşkilat Ərəbistan vəliəhdi Muhəmməd bin Salmanı hədəfsiz həbslərdə məsuliyyət daşıyan tərəf adlandırıb.
Human Rights Watch təşkilatının dünən yayılmış məlumatına görə, bu təşkilat Ərəbistan daxili işlər nazirliyinin ümumi siyahıları məcmuəsindən olan məlumatları internetdə analiz edərək, belə bir nəticəyə gəlibdir ki, Ərəbistan başçıları 2305 nəfərdən çox insanı məhkəməyə göndərmədən və ya ittihamı elan olunmadan altı ay, onların bəzilərini isə on il müddətinə həbsdə saxlayıblar.