May 07, 2018 15:49 Asia/Baku
  • Səudların neft və iqtisadi təsisatları hədəfə alınıb
    Səudların neft və iqtisadi təsisatları hədəfə alınıb

Yəmənin müqavimət qüvvələrinin raket bölməsi Ərəbistanın Nəcran və Cizan vilayətlərində bir neçə neft və iqtisadi məntəqəni ballistik raketlərlə hədəfə alıb.

Müştərək yəmənli qüvvələrin raket bölməsi Ərəbistanın Nəcran vilayətindəki bir neçə iqtisadi məntəqəni "Bədr" tipli ballistik raketlərlə hədəfə alıbdır.

Həmçinin Ənsarullah qüvvələri dünən Ərəbistanın sərhəd Cizan şəhərindəki neft təsisatlarına tərəf iki ballistik raket atıblar.

Bununla belə, Ərəbistanın Ələrəbiyyə telekanalı iddia edibdir ki, bu ölkənin hava hücumundan müdafiə qüvvələri hər iki raketi izləyərək, məhv ediblər.

Yəmənin raket bölmələri həmçinin  muzdurların Təiz vilayətinin qərb sahilindəki Muzə məntəqəsinin qərbində yerləşən mövqelərinə tərəf bir ədəd "Qahir-2" tipli ballistik raket atıblar. Yerli mənbələr deyiblər ki, bu hücumda bir qrup muzdur ölüb və ya yaralanıbdır.

Ərəbistanın başçılıq etdiyi təcavüzkar ərəb koalisiyasının Yəmən Ənsarullahına qarşı hücumlarının üçüncü ilə daxil olduğu bir halda, bu, Ənsarullahın Ərəbistandakı hədəflərinə qarşı ən yerni raket hücumudur.

Ərəbistanın başçılıq etdiyi ərəb koalisiyası Yəmənin istefa vermiş fərari prezidenti Mənsur Hadinin qüvvələrinə dəstək istiqamətində 2015-ci ilin martında Yəmənə qarşı hərbi hücuma başladı.

Ənsarullah 2014-cü ilin sentyabrında Yəmənin paytaxtı Sənanı, həmçinin bu ölkənin geniş bir hissəsini öz nəzarətinə aldı. Yəmən savaşında Ənsarullah və Mənsur Hadi qüvvələri qarşı-qarşıya durublar.

Yəmən savaşı üç il bundan öncədən bəri on mindən çox insanın ölməsinə, 54 mindən çox insanın isə yaralanmasına səbəb olubdur ki, onların əksər hissəsi mülki şəxsdir. 

Həmçinin iki milyondan çox insan da didərgin düşübdür. Yəmən münaqişəsi BMT-nin "dünyada ən pis insan böhranı" adlandırdığı məsələnin yaranmasına səbəb olubdur.

Teqlər