May 07, 2018 16:46 Asia/Baku
  • Jurnalistlər sionistlər tərəfindən döyülüblər
    Jurnalistlər sionistlər tərəfindən döyülüblər

Sionist hərbçilər fələstinli jurnalistlərin dinc məqsədli aksiyasına hücum edərək, onları döyüblər. Fələstinli jurnalistlər deyirlər ki, sionistlər öz cinayətlərini gizlətmək üçün onlara hücum edirlər.

Fələstinli jurnalist dairələrində işğalçı rejimin mütəmadi təcavüzlərinə görə böyük hiddət.

Məqsədi peşəkar jurnalistika işi və jurnalistləri sionistlərə qarşı fəaliyyətdən çəkindirmək olan təcavüzlər Fələstin media icmasını əhatə edibdir. İşğalçılar ötən ay fələstinli jurnalistlərdən iki nəfəri Qəzzədə şəhid ediblər.

 İşğalçılar həqiqətdən qorxurlar. Qorxurlar ki, cinayətləri ifşa edilmiş olsun və buna görə, cinayətləri gizlətməyə çalışırlar- fələstinli jurnalist və müxbirləri öldürümək, hədəfə almaq, həbs etmək, döymək, həmçinin təchizatlarını müsadirə etmək yolu ilə.

Fələstinli jurnalistlər birliyi bu aksiyanı təşkil edib. Bu aksiya "Beyt-İl" yoxlama-buraxılış mərkəzinin yaxınlığında keçirilib. Bu aksiya sionistlərin fələstinli jurnalistlərə qarşı cinayətlərinə və sionist rejimin müharibə nazirinin son vaxtlar fələstinli jurnalistləri hədəfə almaq barədəki hədələrinə etiraz olaraq təşkil olunub.

İşğalçı hərbçilər bu dinc fəaliyyəti yatırıblar.

 İşğalçı ordu yoxlama-buraxılış mərkəzini bağladı və müxbirləri döydü.

Bəzi jurnalistlər ötən həftələrdə şəhid olublar. Bununla belə, sionist rejim ordusu atəş açaraq, jurnalistlərə hücum edir. Heç kəs bu cinayətlərə etiraz etmir.

Teqlər