May 07, 2018 19:21 Asia/Baku
  • N.Berri: Milli birlik Livan seçkilərinin real məhsulu idi
    N.Berri: Milli birlik Livan seçkilərinin real məhsulu idi

Livan parlamentinin sədri bu ölkənin parlament seçkilərinin ilkin nəticələrinin elan olunmasından sonra vurğulayıb: Milli birlik, Livanın yeni seçki qanunu nəticəsində əldə olunmuş bu ölkənin parlament seçkilərinin real nailiyyəti və məhsuludur.

Nəbih Berri bu gün Livanın NBN kanalı ilə müsahibədə deyib: Bu seçkilər bizim hamımız üçün bir dərs idi və ölkəni qurmaq üçün hamımız əl-ələ verməliyik.

Livan parlamentinin sədri əlavə edib: Gələcək dövlətin təşkili üçün tələsmək lazımdır, zira müştərək yaşayış Livan parlament seçkilərinin yeganə səmərəsi olubdur.

O, keçmişdəki kimi öz əhd-peymanına sadiq qalacağını vurğulayaraq, bildirib ki, maliyyə nazirliyi şiələrə məxsusdur.

Nəbih Berri həmçinin Livan xalqına, xüsusən bu ölkənin cənub, Bəqa və Zahiyyə məntəqələrinin əhalisinə müraciətdə onların parlament seçkilərində iştirakını yüksək dəyərləndirib.

Livan parlamentinin sədri dünən ölkəsinin parlament seçkilərində iştirakdan sonra demişdi ki, bu seçkilər əslində Livanın işğal olunmuş ərazilərinin azad edilməsi, milli birlik və müqavimət xətti barədə bir referendumdur.

Livan parlament seçkiləri dünən keçirilib.

Yayılmış ilkin və qeyri-rəsmi nəticələr göstərir ki, müqavimətin və onların Hizbullah və Əməl-dən olan müttəfiqlərinin namizədləri parlamentdə şiələrə aid olan 27 yerdən 26-nı əldə edə biliblər.

Hizbullah və Əməl hərəkatı bu seçkilərdə "Ələməl və Əlvəfa" adı altında müştərək siyahı təqdim etmişdilər.

Livanın daxili işlər naziri Nuhad Əlməşnuqun sözlərinə görə, bu ölkənin parlament seçkilərində iştirak miqdarı 49 faizdən çox olubdur.

 

Teqlər