Yəmənin Milli Xilas Hökuməti Səudiyyə Ərəbistanına reaksiya verib
May 08, 2018 17:50 Asia/Baku
-
Yəmənin Milli Xilas Hökuməti Səudiyyə Ərəbistanına reaksiya verib
Yəmənin Milli Xilas Hökuməti Səudiyyə hərbi təyyarələrinin Yəmənin paytaxtı Sənaya qarşı hücumlarını hərbi cinayət adlandırıb.
Əl-Məyadin telekanalının verdiyi məlumata görə, Əbdüssalam Cabirdeyib: Səudiyyə-amerikan təcavüzkarların Yəmən xalqına qarşı cinayətləri Səudiyyə Ərəbistanı daxilindəki qərar qəbul edənlərin durumunu əks etdirir.
Əbdüssalam Cabir deyib: Bu gün Səudiyyə Ərəbistanı zəif durumdadır və Yəmən xalqı Səudiyyənin bu cinayətlərinə cavab verəcək.
Səudiyyə qırıcı təyyarələri son günlər Sənada dövlət binaları da daxil bəzi yerləri hədəfə alıblar və onlarla mülkini qırğın ediblər. Yəmənin xəstəxana mənbələrinin bildirdiyinə görə, bu hava hücumlarında 6 yəmənli ölüb, 60 nəfər yaralanıb.