Fələstinli gənclər sionist rejimin hərbi qülləsinə hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i306400-fələstinli_gənclər_sionist_rejimin_hərbi_qülləsinə_hücum_ediblər
Fələstinli mübarizlərdən ibarət bir qrup İordan çayının qərb sahilində Qəlqiliya şəhərində sionist rejimin bir hərbi qülləsinə hücum edərən onu yandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 08, 2018 13:20 Asia/Baku
  • Fələstinli gənclər sionist rejimin hərbi qülləsinə hücum ediblər
    Fələstinli gənclər sionist rejimin hərbi qülləsinə hücum ediblər

Fələstinli mübarizlərdən ibarət bir qrup İordan çayının qərb sahilində Qəlqiliya şəhərində sionist rejimin bir hərbi qülləsinə hücum edərən onu yandırıb.

Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, fələstinli gənclərdən ibarət bir qrup dünən gecə Qəlqiliyanın Əzun qəsəbəsində sionist rejimin bir hərbi qülləsinə hücum edib, qülləyə əldə hazırlanmış yandırıcı bomba ataraq onu yandırıb. 

Bu hadisədən sonra sionist işğalçılar Qəlqiliyanı mühasirəyə alıblar və qəsəbənin girişində yoxlama-buraxılış məntəqələri yaradıblar. 

Eyni zamanda fələstinli gənclər bu gün səhər Qəzzə sərhəddində bir neçə çərpələngi odlayaraq havalandırıblar. 

Sionist Yədiut Aharonet qəzeti bildirib ki, bu çərpələnglərin qəzzənin yaxınlığındakı qəsəbələrə düşməsi nəticəsində 6 yanğın halı baş verib.