Soqotra adasında BƏƏ-yə qarşı aksiya
May 08, 2018 14:24 Asia/Baku
-
Soqotra adasında BƏƏ-yə qarşı aksiya
Yəmən xalqı Soqotra adasında Birləşmiş Ərəb Əmirliklərinin hərbi müdazilələrinə qarşı aksiya keçirib.
İRİB-in verdiyi məlumata görə, Yəmənin Əl-Mohre və Soqotra vilayətlərinin ümumi şurasının sədri Abdullah Bin İsa Ali-Əfrar,Səudiyyə Ərəbistanı və BƏƏ hərbçilərinin bu bölgələri tərk etməsini istəyib və deyib: Bu iki bölgədə BƏƏ və Səudiyyə Ərəbistanının hərbi fəaliyyətini heç cür əsaslandırmaq olmaz.
Yəmənin Əl-Mohre və Soqotra vilayətlərinin ümumi şurasının sədri deyib: Bu bölgələrin sakinləri sözü gedən iki ölkənin hərbi fəaliyyətinin əleyhinədir.
BƏƏ ilə Yəmənin istefa vermiş hökuməti arasında ixtilaflardan sonra BƏƏ Soqotra adasını işğal etdi.