Sionist mediyaların Livan seçkilərinə münasibəti
-
Sionist mediyaların Livan seçkilərinə münasibəti
Sionist rejim mediyaları Livan Hizbullahının bu ölkənin parlament seçkilərindəki qələbəsindən nigarançılıq bildiriblər.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, sionist rejimin casusluq təşkilatlarının tabeliyində olan Debka File portalı Livan seçkilərinin nəticələrindən məyus olduğunu bildirərək yazıb: Bu məsələ İran üçün Suriyadan sonra İsrailə qaarşı 2-ci cəbhə yaradacaq və onlar İsraili Suriya və Livan cəbhələrindən hədəfə almaq istəyirlər.
Sionist Maariv qəzeti yazıb: İran İsrailə qarşı növbəti uduş kartı əldə etdi.
İsrail Hium sionist portalı da bildirib: Lİvan parlament seçkilərində Hizbullahın qələbəsi bu hərəkatın güclənməsinə səbəb olub və bu İsrail rəsmilərini nigaran edir.
Cəruzalım Post qəzeti də yazıb: Bu seçkilər qərbin himayə etdiyi koalissiyanın İran qarşısında biabırçı məğlubiyyətini göstərdi.