Sionist rejim Dəməşqin ətrafına hücum edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i306468-sionist_rejim_dəməşqin_ətrafına_hücum_edib
Dünən gecə sionist rejimin hərbi təyyarələrinin Dəməşqin ətrafına hücumunda iki mülki ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 09, 2018 04:06 Asia/Baku
  • Sionist rejim Dəməşqin ətrafına hücum edib
    Sionist rejim Dəməşqin ətrafına hücum edib

Dünən gecə sionist rejimin hərbi təyyarələrinin Dəməşqin ətrafına hücumunda iki mülki ölüb.

Suriyanın SANA xəbər agentliyinin verdiyi məlumata görə, sionist rejimin dünən gecə Dəməşqin cənubunda Əl-Kəsurə bölgəsinə hava hücumunda bir qadın daxil iki mülki həlak olub. 

Suriyanın Əl-Əxbariyyə telekanalı bildirib ki, Suriyanın havadan müdafiə sistemi sionist rejimin hərbi təyyarəsindən atılan iki raketi izləyə və Əl-Kəsurə bölgəsinin səmasında hədəfə ala bilib. 

Bu telekanal bu hadisə barədə görüntülər yayımlayıb. 

Suriyada terrorçu qrupların məğlubiyyətindən sonra sionist rejim bu ölkədə yenidən destabillik yaratmaq və Suriya ordusu və dövlətini zəiflətmək məqsədi ilə bu ölkənin müxtəlif bölgələrinə hücum edir.