May 09, 2018 10:27 Asia/Baku
  • Təizdə Səudiyyə muzdluları öldürülüb
    Təizdə Səudiyyə muzdluları öldürülüb

Yəmən ordusu və xalq qüvvələri ölkənin cənub qərbində Təiz vilayətində Səudiyyə muzdlularıının mövqelərinə qarşı qəfildən hücuma keçərək muzdluların bir neçə başçısını öldürüblər.

İRNA-nın verdiyi məlumata görə, Yəmən mediaları bildiriblər ki, bu hücumda Səudiyyə təcavüzkarlarından da çoxlu sayda qüvvə yaralanıb. 

Yəmənin Milli Qurtuluş Hökumətində bir qaynaq bildirib ki, istefa vermiş prezident Əbd Rəbbə Mənsur Hadinin tabeliyində olan 9 nəfər, Ənsarullahın Sədə vilayətinə hücumunda ölüb yaxud yaralanıb. 

Səudiyyə Ərəbistanı qırıcıları isə Maarib vilayətinin Sərvah bölgəsini neçə dəfə bombalayıblar. 

Səudiyyə Ərəbistanı, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə başqa ölkənin dəstəyi ilə 2015-ci ildə Yəmənə qarşı hərbi təcavüzə başladı və bu ölkəni quru, hava və dənizdən mühasirəyə aldı. Bu təcavüzün bəhanəsi Yəmənin istefa vermiş prezidenti Əbd Rəbə Mənsur Hadini hakimiyyətə qaytarmaq olmuşdur. Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin Yəmənə qarşı təcavüzü indiyədək 14 mindən çox yəmənlinin ölümü, on minlərlə mülkinin yaralanması və milyonlarla insanın didərgin düşməsi ilə nəticələnib.

Teqlər