Yəmən Cizan hava bazasını raketlə hədəfə alıb
-
Yəmən Cizan hava bazasını raketlə hədəfə alıb
Yəmən ordusu Səudiyyə Ərəbistanının Cizandakı hava bazasını bir ədəd Bədr-1 ballistik raketlə hədəfə alıb.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, hədəfə alınan hava bazası Səudiyyənin ən önəmli hərbi mövqelərindən biri sayılır, ona görə ki, Yəmən raketlərinə qarşı fəaliyyət göstərən amerikalı yaşıl papaq hərbçilər həmin bazada yerləşirlər.
Yəmən ordusunun artileriya bölməsi də bu gün Səudiyyə Ərəbistanının Cəbəl Həcfandakı mövqelərini hədəfə alıb.
Səudiyyə Ərəbistanı, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə başqa ölkənin dəstəyi ilə 2015-ci ildə Yəmənə qarşı hərbi təcavüzə başladı və bu ölkəni quru, hava və dənizdən mühasirəyə aldı. Bu təcavüzün bəhanəsi Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadini hakimiyyətə qaytarmaq olmuşdur. Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin Yəmənə qarşı təcavüzü indiyədək 14 mindən çox yəmənlinin ölümü, on minlərlə mülkinin yaralanması və milyonlarla insanın didərgin düşməsi ilə nəticələnib.