İsrail hərbçiləri fələstinlilərə atəş açıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i306662-İsrail_hərbçiləri_fələstinlilərə_atəş_açıblar
Fələstinin xəstəxana mənbələri İsrail hərbçilərinin Qəzzədə fələstinlilərə atəş açmasından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 10, 2018 05:54 Asia/Baku
  • İsrail hərbçiləri fələstinlilərə atəş açıblar

Fələstinin xəstəxana mənbələri İsrail hərbçilərinin Qəzzədə fələstinlilərə atəş açmasından xəbər veriblər.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Fələstinin xəstəxana mənbələri bildiriblər: İsrail hərbçiləri Qəzzə və işğal edilmiş Fələstin arasındakı ayrıcı divarın yaxınlığındakı fələstinli gənclərə atəş açıblar. Xan Yunus şəhərində də bir fələstinlinin İsrail hərbçilərinin atəş açması nəticəsində yaralandığı bildirilir. 

Daha bir neçə fələstinli gənc isə Qəzzənin şərqində, Ələvdə düşərgəsində İsrail hərbçilərinin atəş açması nəticəsində xəsarət alıb. 

İsrail hərbçiləri bu gün səhər də 19 fələstinli gənci Qüds və İordan çayının müxtəlif məntəqələrində həbs ediblər.