Ərəbistanın Yəmənə olan hava hücumlarında bir ailənin bütün üzvləri həlak olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i306666-Ərəbistanın_yəmənə_olan_hava_hücumlarında_bir_ailənin_bütün_üzvləri_həlak_olub
Ərəbistanın Yəmənin şimalında yerləşən Sədə vilayətinə olan hava hücumu zamanı beş nəfərlik bir ailənin bütün üzvləri həyatını itirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 10, 2018 06:10 Asia/Baku
  • Ərəbistanın Yəmənə olan hava hücumlarında bir ailənin bütün üzvləri həlak olub

Ərəbistanın Yəmənin şimalında yerləşən Sədə vilayətinə olan hava hücumu zamanı beş nəfərlik bir ailənin bütün üzvləri həyatını itirib.

İRNA-nın verdiyi məlumata görə, Ərəbistan qırıcıları çərşənbə günü Zəhya şəhərində bir evi bombardman ediblər. Nəticədə bombardman zamanı evdə olan bir ana 4 övladı ilə birlikdə həlak olub. 

Həmçinin, Ərəbistanın Yəmənə qarşı hücumlarda istifadə etdiyi "kasset" bombaların qalıqlarının partlaması nəticəsində Razəc qəsəbəsində bir uşaq həlak olub. Bu hadisədə uşağın atası və anası da xəsarət alıblar. 

Yəmənin Ərəbistan ilə sərhəd olan Zahir, Həydan, Şəda və Razəh qəsəbələri də Ərəbistan ordusunun raket və artilleriya hücumlarına məruz qalıb.