Moskva: Suriya ordusu İsrailin raketlərinin yarısını məhv edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i306690-moskva_suriya_ordusu_İsrailin_raketlərinin_yarısını_məhv_edib
İsrail rejimi son hücumunda Suriyanı 60 ədəd raket ilə hədəfə almışdı. Amma, Suriya ordusu bu raketlərin təqribən yarısını məhv edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 10, 2018 12:31 Asia/Baku
  • Moskva: Suriya ordusu İsrailin raketlərinin yarısını məhv edib

İsrail rejimi son hücumunda Suriyanı 60 ədəd raket ilə hədəfə almışdı. Amma, Suriya ordusu bu raketlərin təqribən yarısını məhv edib.

Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, Rusiyanın Müdafiə Nazirliyi bildirib: Bu gün səhər İsrailin 28 ədəd F-16 və F-15 qırıcısı Suriya ərazisini 60 ədəd raket ilə hədəfə alıb. Amma, Suriya ordusunun Hava Hücumundan Müdafiə Sistemləri bu raketlərin yarısından çoxunu məhv edib. 

Rusiyanın Müdafiə Nazirliyi həmçinin, İsrailin raket hücumunda Dəməşqin Hava Hücumundan Müdafiə Sisteminə daxil bəzi qurğuların və Suriyanın cənub məntəqələrinin hədəfə alındığını bildirib.