İraq parlament seçkilərinin növbəti mərhələsi keçirilib
May 10, 2018 20:17 Asia/Baku
İraq Seçkilər Ali Komissiyasının bildirdiyinə görə, İraqın parlament seçkilərində iştirak göstəricisi 50 faiz olub.
İRNA-nın verdiyi məlumata görə, bu gün iraqlı hərbçilər və xaricdə yaşayan iraqlılar üzrə palament seçkiləri keçirilib.
İraqda İŞİD-dən sonrakı dövrün ilk seçkiləri və 4-cü parlament seçkilərində iştirak hüququna malik olan sərbçilərin sayının 943 min nəfərdən ibarət olduğu bildirilir.
İraq daxilində parlament seçkiləri 12 mayda keçiriləcək. Bu seçkilərdə İraqın 37 milyonluq əhalisinin 24 milyon nəfəri səs vermək hüququna malikdir. Bu seçkilərdə ölkənin 18 vilayətində parlamentin 329 yeri uğrunda 367 min namizəd arasında rəqabət gedəcək.