İşğal edilmiş fələstində otel sifarişləri ləğv edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i306836-İşğal_edilmiş_fələstində_otel_sifarişləri_ləğv_edilib
Suriya və İsrail sərhədlərində vəziyyətin gərginləşməsi ilə işğal edilmiş Fələstindəki otellər yüzlərlə sifarişin ləğv edilməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 11, 2018 04:58 Asia/Baku
  • İşğal edilmiş fələstində otel sifarişləri ləğv edilib
    İşğal edilmiş fələstində otel sifarişləri ləğv edilib

Suriya və İsrail sərhədlərində vəziyyətin gərginləşməsi ilə işğal edilmiş Fələstindəki otellər yüzlərlə sifarişin ləğv edilməsindən xəbər veriblər.

Livanın Əl-Əhd informasiya portalının İsrail medialarına istinadla verdiyi məlumata görə, İsrailin raket hücumlarına cavab olaraq Suriyanın da raket zərbələri endirməsindən qorxuya düşən sionistlər işğal edilmiş Fələstinin şimalındakı otellərdə qalmaqdan imtina ediblər. 

İsrailin müharibə naziri Aviqdor Liberman isə Suriya və İsrail arasındakı son gərginliyə işarə edərək, deyib: İsrail hər şeyə hazır olmalıdır. 

Liberman həmçinin deyib: İsrail böyük bir uğur və ya qələbə əldə etməyib. 

Müqavimət mediaları cümə axşamı səhər müqavimət qüvvələrinin İsrailin hərbi bazalarına ağır raket zərbələri endirməsindən xəbər verib. Bu raket hücumları İsrailin "Dəmir Günbəz" adlı raket hücumundan müdafiə sisteminin yararsızlığını da bir daha sübut etmiş olub. Halbuki, Suriya ordusunun Hava Hücumundan Müdafiə Sistemi İsrailin raket hücumlarının önlənilməsində kifayət qədər yaxşı reaksiyaya malik olub. 

İsrail ordusunun sözçüsü Suriya ordusunun 20-yə yaxın raket atdığını və bu raketlərin bəzisinin vurularaq, zərərsizləşdiridliyini desə də, müstəqil mənbələr Suriya ordusunun 68 raket atdığını bildirirlər. 

İsrail rejimi cümə axşamı Dəməşqin müxtəlif məntəqələrini raket  ilə hədəfə almışdı. Bunun ardınca Suriya ordusunun Hava Hücumundan Müdafiə Sistemi işə düşərək, raketlərin bir çoxunu hədəfə çatmazdan öncə vuraraq, məhv etmişdi.