Suriyadakı müharibəyə görə qərblilər məsuliyyət daşıyır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i306874-suriyadakı_müharibəyə_görə_qərblilər_məsuliyyət_daşıyır
Suriya prezidenti Bəşşar Əsəd deyib: Dəməşq terrorçular və əslində Türkiyə, Amerika və Ərəbistan qoşunları ilə savaşmaqdadır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 11, 2018 17:32 Asia/Baku
  • Suriyadakı müharibəyə görə qərblilər məsuliyyət daşıyır
    Suriyadakı müharibəyə görə qərblilər məsuliyyət daşıyır

Suriya prezidenti Bəşşar Əsəd deyib: Dəməşq terrorçular və əslində Türkiyə, Amerika və Ərəbistan qoşunları ilə savaşmaqdadır.

Suriya prezidenti Bəşşar Əsəd Səudiyyə Ərəbistanı və Amerikanın habelə, bəzi region ölkələrinin terrorçuları dəstəklədiklərini deyərək, bu ölkə ordusunun Suriyaya təcavüz edən istənilən tərəf ilə mübarizə aparacağını bildirib.

Suriya prezidenti həmçinin deyib: Qərbin Suriya ordusunun kimyəvi silahdan istifadə etməsi ilə bağlı iddiaları gülünc və son dərəcə bəsit bir ssenaridir. Bu ssenari, qərblilərin Suriyadakı əsas "kozır"ı sayılan terrorçuların məğlub olmasından sonra Suriya ordusuna hücum etmək üçün uydurduqları bir bəhanədən başqa bir şey deyil.

Bəşşar Əsəd həmçinin deyib: Suriya terrorçular ilə və əslində Türkiyə, Amerika və Ərəbistan orduları ilə savaşır.