Suriyalı müxaliflərin cəbbəxanalarında sionist rejim silahları aşkar edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i307082-suriyalı_müxaliflərin_cəbbəxanalarında_sionist_rejim_silahları_aşkar_edilib
Suriya ordusu Dəməşq ətrafındakı məntəqələrin terrorçulardan təmizlənməsi əməliyyatında bir daha sionist rejim istehsalı olan ağır texnika və sursat aşkar edibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 12, 2018 11:02 Asia/Baku
  • Suriyalı müxaliflərin cəbbəxanalarında sionist rejim silahları aşkar edilib
    Suriyalı müxaliflərin cəbbəxanalarında sionist rejim silahları aşkar edilib

Suriya ordusu Dəməşq ətrafındakı məntəqələrin terrorçulardan təmizlənməsi əməliyyatında bir daha sionist rejim istehsalı olan ağır texnika və sursat aşkar edibdir.

Suriya dövləti Yəlta, Babila və Beyt-Səhm şəhərlərində sionist rejim istehsalı olan ağır texnika və sursat anbarları aşkar edəndən sonra dəfələrlə bildirmişdi ki, sionist rejim başçıları suriyalı müxaliflərə kömək ediblər.

Rəsmi Dəməşqin bildirdiyinə görə, sionist rejim suriyalı müxalifləri xidmətə götürmək və onları sursatlarını təmin etməklə Suriyadakı daxili ixtilafları şiddətləndirmək niyyətindədir.

Cari ilin fevralında da Diyrəzzurun azad edilmiş məntəqələrindən olan Əlbukəmal və Əlməyadində bir neçə cəbbəxana aşkar edildi ki, onların arasında çoxlu sayda sionist rejim istehsalı olan silah nəzərə çarpır.