Avropalılar Qüdsdə ABŞ səfirliyinin açılışını boykot ediblər
ABŞ-ın səfirliyinin Qüdsdə açılışı mərasiminə çağırılan Avropa ölkələrinin böyük əksəriyyəti bu dəvətə etina etməyərən onu boykot ediblər.
İRNA-nın verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampın qərarına əsasən ABŞ-ın Təl-əvivdəki səfirliyi sabah rəsmən Qüdsə köçürüləcək.
Öncə avropalılar eləcə də Rusiya , Misir və meksikanın nümayəndələrinin bu mərasimdə iştirak etməyəcəkləri bildirilmişdi.
Bu məlumata görə, Avstraliya, Almaniya, Britaniya, Fransa, İrlandiya, Malta, portoqaliya, Polşa və İsveç, sionist rejimin bə mərasimdə iştirak dəvətini rədd edən ölkələr sırasındadırlar.
Bu gün Amerikadan bir heyətin işğal olunmuş Fələstin ərazilərinə səfəri qərara alınıb.
Haarets qəzetinin yazdığına görə, sionist rejimin xarici işlər nazirliyi ABŞ-ın Qüdsdəki səfirliyinin açılışından 4 gün öncə 86 səfirliyə dəvət məktubu göndərib və sadəcə 30 səfir bu dəvəti qəbul edib.