May 13, 2018 17:41 Asia/Baku
  • Fələstinlilərə ABŞ-ın qərarına qarşı aksiya çağrışı

Fələstin Milli və İslami Qruplar Komitəsi fələstinliləri, ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə qarşı etiraz aksiyasında geniş iştiraka çağırıb.

Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, Fələstin Milli və İslami Qruplar Komitəsinin bəyanatında deyilir: fələstinliləri daşıyan avtobuslar sabah Beytül-Müqəddəsdə Babül-Sahirənin yaxınlığından aksiyanın keçirildiyi əraziyə doğru hərəkət edəcəklər. 

Bəyanatda deyilir: ABŞ səfriliyinin Qüdsə köçürülməsinə etiraz əlaməti olaraq fələstinli aksiyaçılar sionist rejim bayrağını yandıracaq və Fələstin bayraqlarını əllərində daşıyacaqlar. 

Bəyanatda sonra bildirilir ki, fələstinlilərin bu toplantıda iştirakı milli vəzifədir və Fələstin xalqının Qüdsün Fələstinin əbədi paytaxtı olmasına sadiq qalmasının göstəricisidir. 

Qəzzə zolağını işğal olunmuş ərazilərlə təmas xəttində martın 30-dan etibarən Qayıdış Haqqı yürüşü keçirilir. Bu  yürüşlər və aksiyalar mayın 14-15-də yəni sionist rejimin təsis edildiyi "Nəhs Gün" -də özünün kulminasiya nöqtəsinə çatacaq. Fələstinlilər Qəzzə zolağında Qayıdış Haqqı yürüşlərinə qatılaraq öz yürdlarına qayıtmaq istədiklərini nümayiş etdirirlər. 

ABŞ hökuməti Sabah Donald Trampın səfirliyin Qüdsə köçürülməsinə dair qərarını icra edəcək. Bunün üçün Amerikadan işğal olunmuş Fələstinə bir heyət göndərilib. 

Teqlər