Amerikalı heyət işğal edilmiş Fələstinə daxil olub
ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi mərasimində iştirak etmək məqsədi ilə Amerikalı heyət bu gün işğal edilmiş Fələstinə daxil olub.
İRİB-nin verdiyi məlumata görə, ABŞ hökuməti sabah bu ölkə prezidenti Donald Trampın bu ölkə səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı qərarını icra etməlidir. Elə bu məqsədlə ABŞ prezidentinin qızı və müşaviri İvanka Tramp bu ölkənin maliyyə naziri Stiven Mnuçin ilə birlikdə işğal edilmiş Fələstinə səfər edib.
BMT bundan öncə bir neçə dəfə ABŞ-ın öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsi qərarına qarşı çıxaraq, bunu qeyri qanuni adlandırıb.
Fələstinli qruplar da ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz olaraq böyük etiraz aksiyaları təşkil edib, bu qərarın ləğv olunmasını istəyirlər.
Fələstin xalqı 30 mart "Torpaq Günü"ndən başlayaraq böyük "Qayıdış Haqqı" yürüşlərinə start verib. Və sabah da İsrail rejiminin təsis edilməsinin ildönümü günü olan "Fəlakət Günü"ndə fələstinlilər geniş etiraz aksiyası keçirəcəklər.
ABŞ hökumətinin öz səfirliyini Qüdsə köçürməklə bağlı özbaşınalığı BMT və insan haqları iddiasında olan ölkələrin Fələstin xalqını himayədəki yetərsizliyini bir daha ortaya qoymuş olub.