May 14, 2018 12:33 Asia/Baku
  • Yəmən ordusu Cizan vilayətində Ərəbistan muzdlularının mövqelərinə raket zərbələri endirib
    Yəmən ordusu Cizan vilayətində Ərəbistan muzdlularının mövqelərinə raket zərbələri endirib

Yəmən ordusu Ərəbistanın Cizan vilayətində səudiyyə hərbçiləri və muzdlu döyüşçülərin toplaşdığı məkana raket zərbələri endirib.

Əl-Aləm kanalının məlumatına görə, Yəmən ordusunun raket bölməsi Ərəbistanın hücumlarına cavab olaraq, səudiyyə hərbçiləri və muzdlu yaraqlıların Ərəbistanın cənubunda, Cizan vilayətində yerləşən MBC bazasındakı mövqelərinə raket və artilleriya zərbələri endirib. 

Yəmənli snayperlər də Ərəbistanın Nəcran vilayətində yerləşən Məraş müşahidə mərkəzində bir Ərəbistan hərbçisini hədəfə alaraq, öldürüblər. 

Ərəbistan qırıcıları isə Yəmənin Sədə vilayətində yerləşən Zahir qəsəbəsini bombalayıblar. 

Ərəbistan 2015-ci ilin martından bir neçə ərəb ölkəsi ilə birlikdə təşkil etdiyi koalisiya ilə Yəmən əqarşı hərbi təcavüzlərə başlayıb. ABŞ-ın yaşıl işığı və birbaşa dəstəyi ilə yanaşı olan bu savaşda Ərəbistan Yəmənin bütün sivil infrastrukturlarını məhv etməklə yanaşı ölkəni havadan, qurudan və dənizdən mühasirəyə alıb. Ərəbistanın təcavüzləri indiyə kimi on minlərlə insanın ölməsi və yaralanmasına, milyonlarla nəfərin evsiz qalmsına səbəb olub. 

Yəmən müharibəsi həmçinin ölkədə vəba və difteriya kimi yolxucu xəstəliklərin yayılmasına da səbəb olub. 

Ərəbistan və müttəfiqləri bütün bu cinayətlərə baxmayaraq, Yəmən xalqının müqaviməti nəticəsində, öz məqsədlərinə çata bilməyiblər. 

Teqlər