Taliblər Fərah şəhərinin bəzi hissələrinə ələ keçiriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i307530-taliblər_fərah_şəhərinin_bəzi_hissələrinə_ələ_keçiriblər
Əfqanıstanın qərbində yerləşən Fərah vilayətinin bəzi hissələrinin Taliblərin əlinə keçdiyi bildirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 15, 2018 08:40 Asia/Baku
  • Taliblər Fərah şəhərinin bəzi hissələrinə ələ keçiriblər
    Taliblər Fərah şəhərinin bəzi hissələrinə ələ keçiriblər

Əfqanıstanın qərbində yerləşən Fərah vilayətinin bəzi hissələrinin Taliblərin əlinə keçdiyi bildirilir.

İRNA-nın verdiyi məlumata görə, Fərah vilayət şurasının üzvü Dadullah Qane deyib: Taliblərin hücumları nəticəsində təhlükəsizlik qüvvələri ilə onlar arasında bəzi bölgələrdə toqquşmalar baş verdi, bu toqquşmalarda Əfqanıstan qüvvələrindən bir neçəsi həlak olub. 

Bəzi yerli mənbələr bildiriblər ki, Fərah polis komandanı bu toqquşmalarda həyatını itirib. 

Taliblər bu gün səhər Fərah vilayətinin mərkəzinə qarşı geniş miqyaslı hücumlara start veriblər və vilayətin müəyyən bölgələrini ələ keçiriblər.