May 15, 2018 13:40 Asia/Baku
  • İraq seçkilərində Sədr koalisiyası öndə gedir
    İraq seçkilərində Sədr koalisiyası öndə gedir

İraqın seçki komissiyası Müqtəda Sədrin Serun koalissiyasının bazar seçkilərində öndə getdiyini bildirib.

Röytersin verdiyi məlumata görə, İraqın seçki komissiyası bu gün səhər bildirib ki, 18 vilayətdən 16-da səslərin 91 faizi sayılıb və indiyədək olan nəticələrə görə Saerun koalisiyası ən çox səs qazanan tərəfdir. 

İraqın seçki komissiyası bildirib: Nəcəf vilayətində Saerun, Hadi Amirinin Fəth və Heydər Əl-İbadinin Nəsr koalissiyaları 1-ci 3-cü yerlərdədir. 

Komissiyanın hesabatına görə Neynəva vilayətində Nəsr koalissiyası birinci, Kürdüstan Demokrat Partiyası isə ikinci yerdə durur. 

Süleymaniyə və Ərbil vilayətlərində də Kürdüstan Vətəndaş Partiyası və Kürdüstan Demokrat Partiyası birindi yerdədir.

Teqlər