Fələstinlilər nəhs gün münasibəti ilə aksiya keçiriblər
-
Fələstinlilər nəhs gün münasibəti ilə aksiya keçiriblər
Bu gün 15 may nəhs gün münasibəti ilə fələstinlilər İordan çayının qərb sahili və Qəzzə zolağında etiraz aksiyaları keçiriblər.
İRNA-nın verdiyi məlumata görə, Ramullah, Beyt-Ləhm, Əl-Beyrə və Əlxəlil şəhərləri eləcə də Qəzzə zolağında yüzlərlə fələstinli nəhs gün münasibəti ilə etiraz aksiyalarında iştirak ediblər.
Fələstinlilərin aksiyalarının davam etməsi ilə eyni zamanda sionist rejim ordusu Qəzzə zolağının şərq hüdudlarında hərbi təchizatlar yerləşdirib.
Qüdsü işğal edən rejim qüvvələri bir ədəd Pilotsuz Uçan Aparatla Əl-Birənin şimal girişində fələstinli aksiyaçılara gözyaşardıcı qaz buraxıblar. İki fələstinli isə Əl-xəlil şəhərində sionist hərbçilərin gülləsinə tuş gələrək yaralanıb.
Fələstinlilər bütnü Fələstin ərazilərində dünənki aksiya şəhidlərinn xatırasinə və onlara matəm saxlamaq üçün tətil elan ediblər.