Suriya ordusu Dəməşqin cənubunda "Həcərül-Əsvəd" məntəqəsini ələ keçirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i307744-suriya_ordusu_dəməşqin_cənubunda_həcərül_Əsvəd_məntəqəsini_ələ_keçirib
Suriya ordsu Dəməşqin cənubunda yerləşən və strateji əhəmiyyət daşıyan Həcərül-Əsvəd məntəqəsinə nəzarəti təmin edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 16, 2018 12:58 Asia/Baku
  • Suriya ordusu Dəməşqin cənubunda
    Suriya ordusu Dəməşqin cənubunda "Həcərül-Əsvəd" məntəqəsini ələ keçirib

Suriya ordsu Dəməşqin cənubunda yerləşən və strateji əhəmiyyət daşıyan Həcərül-Əsvəd məntəqəsinə nəzarəti təmin edib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Suriya ordusu çərşənbə axşamı Dəməşqin cənubunun terrorçulardan təmizlənməsi əməliyyatının davamında Həcərül-Əvəd məntəqəsinə nəzarəti ələ keçirərək, İŞİD terrorçularını bu məntəqədən geri çəkilməyə məcbur edib.

Suriya İnsan Haqlarına Nəzarət Təşkilatının müdiri Rami Əbdürrəhman da deyib: Suriya ordusunun Həcərül-Əsvəd məntəqəsinə nəzarəti ələ keçirməsi terrorçuların Dəməşqin ətrafındakı sonuncu sığınacaqlarını da itirmələrinə səbə bolub.

Suriya ordusu iki gün öncə də Cəzirə məntəqəsini, Əl-Rus meydanını terrorçulardan təmizləyərək, öz nəzarəti altına almışdı. Əl-Cəzirə  məntəqəsi İŞİD terrorçularının işğalı altında olan bir ərazi idi və Həcərül-Əsvəd məntəqəsinin şimal-qərbində  yerləşir.