May 18, 2018 16:23 Asia/Baku
  • Sionistlər ABŞ səfirliyinin köçürülməsi mərasimində cüzi sayda ölkənin iştirak etdiyini etiraf ediblər
    Sionistlər ABŞ səfirliyinin köçürülməsi mərasimində cüzi sayda ölkənin iştirak etdiyini etiraf ediblər

"Məhadisə Məhliyyə" adlı sionist sayt yazıb ki, Amerikanın işğal olunmuş Qüdsdə səfirliyinin açılması mərasimində iştirakın cüzi olması Təl-Əvivin, ölkələri sionist rejimin siyasi mövqeyinə dəstək verməyə qane etməkdə uğursuz qalmasının nişanəsidir.

Sionist yazar İti Mak "Məhadisə Məhliyyə" saytında yazıb: Amerikanın Qüdsdə səfirliyinin açılması mərasimində iştirak edən ölkələrin əksəriyyəti geopolitik önəmə malik deyildi; onlar digər ölkələrə təsir göstərmək qüdrətinə malik deyillər və həmin ölkələrin iştirakı onların sionist rejimlə müvəqqəti maraqlarına qayıdır.

Amerikanın Qüdsdə səfirliyinin açılması mərasiminə dəvət olunmuş ölkələrin başçılarından əlli nəfərdən çoxu bu mərasimə gəlməyib və dəvəti qəbul etməyibdir. Bu mərasimə dəvət olunmuş 86 diplomatdan təkcə 30 diplomat həmin dəvətə cavab veribdir.

Teqlər