May 18, 2018 19:18 Asia/Baku
  • Ərəbistanda siyasi fəalların həbsi davam edir
    Ərəbistanda siyasi fəalların həbsi davam edir

Səudiyyənin məsul şəxsləri bu ölkənin siyasi fəallarına divantutma siyasətinin davamında onlardan bir qrupunu, o sıradan insan haqları fəllarını həbs ediblər.

Həbs olunanlar və insan haqları fəalları arasında Məkkədəki Əlrəchi məscidinin imamcamaatı Şeyx Muhəmməd Əlmuhisani və onun övladı var.

Ərəbistan vəliəhdi Muhəmməd bin Salman 2017-ci ilin sentyabrında vəliəhd təyin edildiyi zamandan bəri bir neçə dəfə bu ölkənin insan haqları, siyasi və ictimai fəalları, eləcə də universitet və dini simalarının həbsi barədə göstəriş veribdir. Bin Salman 2017-ci ilin noyabrında da ərəbistanlı iş adamları, məsul şəxsləri və şahzadələrindən bir qrupunu korrupsiya ittihamı ilə həbs etdirib və onlarla maliyyə hesablarını çürütdükdən sonra onları azad edibdir.

Human Rights Watch təşkilatı son zamanlar bir hesabatda bildiribdir ki, səudiyyə başçıları minlərlə nəfəri mühakimə edilmədən altı aydan çox müddətə həbsdə saxlayıblar.

Teqlər