Suriyanın Həmah hava limanında bir neçə partlayış baş verib
May 18, 2018 16:57 Asia/Baku
-
Suriyanın Həmah hava limanında bir neçə partlayış baş verib
İnformasiya mənbələri Suriyanın qərbindəki Həmah hərbi hava limanının ətrafında ardıcıl partlayışlardan xəbər veriblər.
Bir neçə partlayış nəticəsində Həmah hava limanının sursat anbarlarından birində yanğın baş verib.
Deyilənlərə görə, yanğına səbəb, şiddətli istilik olubdur. Hələ bu hadisə nəticəsində tələfatın baş verməsi barədə bir məlumat daxil olmayıb. Təkcə Həmah hava limanının ətrafına xəsarət dəyibdir.
İngiltərənin Skay-Nyus telekanalı Suriyadakı bəzi yerli mənbələrə istinadla bildiribdir ki, bu partlayışlar sionist rejimin Həmah hava limanının ətrafında yerləşən hava hücumundan müdafiə sistemlərinə qarşı hücumları nəticəsində baş veribdir.
Teqlər