Həmanın iki qəsəbəsində Suriya bayrağı ucaldıldı
Suriyanın qərbində Həma vilayətinin böyük ərazilərinin təmizlənməsi ardınca, Suriya hərbi qüvvələrinin bölmələri ötən gecə bu ölkə bayrağını Əqrəb və Tənf qəsəbələrində dövlət binaları üzərinə taxıblar.
Suriyanın rəsmi informasiya agentliyi SANA-nın məlumatına görə, Əqrəb və Tənf qəsəbələrinin yüzlərlə sakini Suriya bayrağı və prezident Bəşşar Əsədin şəkillərini əllərində tutaraq Suriya ordusunu qarşılamağa çıxıb.
Suriya hərbi qüvvələrinin Əqrəb və Tənf qəsəbələrinə daxil olması ilə yanaşı, Həma vilayətinin ictimai-rifah xidmətləri sektorlarının işçiləri də bu iki qəsəbədə elektrik şəbəkələri, yolların çəkilməsi və infrastrukturların təmir olunmasına başlayıblar.
Suriya müxalifətinə bağlı insan haqları gözətçisi adlı təşkilat da ötən gecə bildirib: Ötən bir ay ərzində Dəməşqin cənub məhəllələrində Suriya ordusu ilə qarşıdurmalarda 227 İŞİD terrorçusu öldürülüb.
19 apreldə paytaxt Dəməşqin cənubunda terrorçuların iştirakına son qoymaq məqsədilə başlanan önəmli nailiyyətlə Suriya ordusu İŞİD-in əsas bazası olan Həcərül-Əsvəd bölgəsini tam şəkildə nəzarətə götürüb.
Suriya böhranı yeddi il öncə qərb və bəzi region ölkələri tərəfindən dəstəklənən İŞİD və Ən-Nüsrə Cəbhəsi kimi terror qruplaşmalarının iştirakı ilə başlanıb.