Bəhreyn vətəndaşları müxtəlif bölgələrdə ABŞ əleyhinə aksiya keçiriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i308236-bəhreyn_vətəndaşları_müxtəlif_bölgələrdə_abŞ_əleyhinə_aksiya_keçiriblər
Bəhreyn vətəndaşları ölkənin müxtəlif bölgələrində anti-ABŞ aksiyaları təşkil edərək əcnəbi qüvvələr, o cümlədən Birləşmiş Ştatlar hərbçilərinin Bəhreyndən dərhal çıxarılmasını tələb ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 19, 2018 15:05 Asia/Baku
  • Bəhreyn vətəndaşları müxtəlif bölgələrdə ABŞ əleyhinə aksiya keçiriblər
    Bəhreyn vətəndaşları müxtəlif bölgələrdə ABŞ əleyhinə aksiya keçiriblər

Bəhreyn vətəndaşları ölkənin müxtəlif bölgələrində anti-ABŞ aksiyaları təşkil edərək əcnəbi qüvvələr, o cümlədən Birləşmiş Ştatlar hərbçilərinin Bəhreyndən dərhal çıxarılmasını tələb ediblər.

Mehr İnformasiya Agentliyinin Sout əl-Manamaya istinadla verdiyi məlumata görə, bəhreynlilər bu aksiyada ABŞ bazalarının boşaldılmasını tələb ediblər.

Bu aksiyalarla yanaşı Bəhreynin 14 Fevral Gənclər Koalisiyası bir bəyanat yayaraq ölkə ərazisindəki bütün əcnəbi bazaların bağlanmasını istəyib.

Hal-hazırda Bəhreyndə ABŞ-ın 5-ci hərbi dəniz donanması yerləşir. Britaniya da ötən ay Salman limanında öz ilk daimi bazasını istismara verdi.

Bəhreyn 14 fevral 2011-ci ildən Ali-Xəlifə rejimi əleyhinə ictimai inqilabın şahididir. Bəhreyn vətəndaşları azadlıq və ədalətin bərpa olunması, ayrı-seçkiliyin aradan qaldırılması və seçilmiş hökumətin iqtidara gəlməsini tələb edir.

Ali-Xəlifə rejimi xalq etirazlarını yatırtmaq məqsədilə bir çox müxalifət liderini həbs etmiş, saxta ittihamlarla edam və ya uzun müddətə azadlıqdan məhrum etmişdir.