May 20, 2018 11:25 Asia/Baku
  • Əl-İbadi: İraq seçkiləri demokratiya üçün böyük qələbə idi
    Əl-İbadi: İraq seçkiləri demokratiya üçün böyük qələbə idi

İraqın baş naziri bu ölkədə parlament seçkilərinin nəticələrinin demokratiya üçün böyük qələbə olduğunu deyib.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Heydər Əl-İbadi dünən Vaşinqton Post qəzetində dərc olunan məqaləsində İraqda 12 may seçkilərində iraqlıların sərbəst iştirakına toxunub və yazıb: Bu hadisə iraqlılarda iftixar hissi yaradır. 

İraqın baş naziri yazır: Seçkilərdə iştirak gözlənilən qədər olmasaydı da, iştirakçılar firqə, etnus və qruplaşmalardan daha çox öz namizədlərinə səs verdilər. 

İraq parlament seçkilərinin son nəticələrinə əsasən

Müqtəda Sədr koalisiyası 54 yerlə birinci, Fəth 47 yerlə ikinci, əl-İbadi isə 42 yerlə üçüncü yerdə qərarlaşıb.. 

İraqda 4-cü parlament seçkiləri şənbə günü 27 seçki koalisiyası, 205 partiya və siyasi qrupun iştirakı ilə keçirildi. Ümumilikdə 329 deputat mandatlığı uğrunda 88 seçki dairəsində rəqabət aparıldı. İŞİD-in məğlubiyyətindən sonra İraqda ilk dəfə idi ki, parlament seçkiləri keçirildi. Seçici fəallığı 44,5% olub. 

 

 

 

 

 

 

 

Teqlər