Əfqanıstanın Əcristan rayonu taliblərin əlinə keçib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i308400-Əfqanıstanın_Əcristan_rayonu_taliblərin_əlinə_keçib
Əfqanıstanın Qəzney vilayətinin Əcristan rayonunun bir hissəsi taliblərin nəzarətinə keçib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 20, 2018 08:50 Asia/Baku
  • Əfqanıstanın Əcristan rayonu taliblərin əlinə keçib
    Əfqanıstanın Əcristan rayonu taliblərin əlinə keçib

Əfqanıstanın Qəzney vilayətinin Əcristan rayonunun bir hissəsi taliblərin nəzarətinə keçib.

İRNA-nın verdiyi məlumata görə, məlumatlı bir mənbə dünən gecə taliblər Əcristan rayonu polis qərargahı və icra hakimiyyətinə hücum edərək bu binaları öz nəzarətlərinə alıblar. 

Naməlum mənbə bildirib: Taliblər bu hücumda Əcristan icra hakiminin evini və Əcristan polis qərargahını yandırıblar. Hücumdan öncə əfqan rəsmilər ərazini tərk edibmişlər. 

Əcristan rayonu son günlər taliblərin mühasirəsində idi və bu rayonun icra başçısı rayonun süqut edəcəyi barədə xəbərdarlıq etmişdi. 

Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinin başçısı Məhəmməd Radməniş Əfqanıstanın 10 vilayətində taliblərə qarşı əməliyyatlardan xəbər verərək deyib: Bu əməliyyat talibləri zəiflətmək məqsədini güdür.