Suriyanın qərbində bu ölkənin bayrağı ucaldılıb
-
Suriyanın qərbində bu ölkənin bayrağı ucaldılıb
Suriyanın qərb bölgələrindən terrorçuların qovulmasının ardınca Suriya ordsusu qüvvələri bu ölkə bayrağını Homs və Humah vilayətlərində binaların üzərinə sancıblar.
Əl-Əxbariyyə telekanalının verdiyi məlumata görə, Suriya qüvvələrinin Hums və Humah vilayətlərinin bəzi bölgələrində yerləşmələrindən sonra bu bölgələrdə adi həyat şəraiti yaranıb.
Suriyadan əldə olunan digər məlumata görə, təkfirçi İŞİD terrorçuları və Azad Ordu adlanan qrup arasında Dura vilayətinin qərbində baş verən toqquşmalardan sonra hər iki tərəfdən ölənlər olub.
İŞİD terrorçuları və Azad Ordu adlanan qrup Hit, Səd və Cəlin qəsəbələri ətrafında biri birilə toqquşublar. Bəzi qaynaqlar həmin qrupun üzvlərinin hərəkəti yolunda İŞİD tərəfindən bomba partladıldığını deyirlər.