Fələstinlilər üzrə ali komitə Heyfada aksiyalara qarşı repressiyalara etiraz edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i308438-fələstinlilər_üzrə_ali_komitə_heyfada_aksiyalara_qarşı_repressiyalara_etiraz_edib
İsrail adlanan 1948-ci ildə işğal olunmuş ərazilərdə yaşayan fələstinlilər üzrə ali komitə bir bəyanatda sionistlərin cümə günü Heyfada Qəzzə qırğınına qarşı keçirilən etiraz aksiyasına hücumunun işğalçı sionistlərin vəhşi və faşist təcavüzünün davamının göstəricisi olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 20, 2018 17:32 Asia/Baku
  • Fələstinlilər üzrə ali komitə Heyfada aksiyalara qarşı repressiyalara etiraz edib
    Fələstinlilər üzrə ali komitə Heyfada aksiyalara qarşı repressiyalara etiraz edib

İsrail adlanan 1948-ci ildə işğal olunmuş ərazilərdə yaşayan fələstinlilər üzrə ali komitə bir bəyanatda sionistlərin cümə günü Heyfada Qəzzə qırğınına qarşı keçirilən etiraz aksiyasına hücumunun işğalçı sionistlərin vəhşi və faşist təcavüzünün davamının göstəricisi olduğunu bildirib.

İRİB-in bu gün verdiyi məlumata görə, sionist rejim cümə günü bildirdi ki , fələstinlilər hərhansı bir yerdə Qəzzə qırğınına qarşı etiraz aksiyası keçirəcəkləri təqdirdə bu aksiya yatırdılacaq.

Fələstinlilər üzrə ali komitənin sədri Məhəmməd Berkə deyib: Fələstinlilər son günlərdə öz mövqelərini elan ediblər və öz xalqları qarşısında öz milli, əxlaqi və insani vəzifələrini yerinə yetirdilər, elə bu mövzu sionist dairələrin qəzəbinə və aksiyaçılara qarşı vəhşicəsinə hücumuna səbəb olub.