Hayfa sakinlərinin anti-sionist aksiyası yatırdıldı
İsrail hərbçiləri ardıcıl olaraq altıncı gündür ki, işğal edilmiş Fələstində yerləşən Hayfa şəhərinin anti-sionist aksiyasına qarşı güc tətbiq edir.
İRNA-nın məlumatına görə, İsrail hərbçiləri bu gün də Hayfada yaşayan fələstinlilərə hücum edərək, bir qrup fələstinlini yaralayıb və həbs ediblər. Hayfa fələstinliləri Qəzzə sakinlərini himayə etmək və "Qayıdış Haqqı" yürüşünə dəstək vermək məqsədilə etiraz aksiyaları keçirirlər.
"1948-ci ildə işğal edilmiş Fələstin əraziləri üzrə ali komitə"nin üzvləri Hayfada polis idarəsi önündə piket təşkil edərək, saxlanılanlar ilə öz həmrəyliklərini elan ediblər.
Hüquq mənbələrinin bildirdiklərinə görə, İsrail hərbçiləri saxlanılan fələstinlilərə işgəncə veriblər. Nəticədə bir neçə fələstinli xəstəxanaya köçürülərək, reanimasiya bölməsinə yerləşdirilib.