Netanyahu Pompeonun cəfəngiyyatından "vəcdə" gəlib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i308776-netanyahu_pompeonun_cəfəngiyyatından_vəcdə_gəlib
Sionist rejim baş naziri bazar ertəsi günü ABŞ-ın İran əleyhinə yeni "strategiyası"nı elan etməsindən vəcdə gələrək başqa ölkələrin Vaşinqtonun yolunu getmələrini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 22, 2018 05:05 Asia/Baku
  • Netanyahu Pompeonun cəfəngiyyatından
    Netanyahu Pompeonun cəfəngiyyatından "vəcdə" gəlib

Sionist rejim baş naziri bazar ertəsi günü ABŞ-ın İran əleyhinə yeni "strategiyası"nı elan etməsindən vəcdə gələrək başqa ölkələrin Vaşinqtonun yolunu getmələrini istəyib.

İRNA-nın məlumatına görə, son günlərdə ABŞ-ın qeyri-qanuni şəkildə öz səfirliyini Qüdsə köçürülməsi ilə bağlı beynəlxalq qınağa tuş gələn Benyamin Netanyahu Vaşinqtonun İran əleyhinə yeni strategiyasından razılıq ifadə edib. 

Netanyahu ABŞ dövlət katibi Mayk Pompeonun sözləri, o cümlədən İranda uranın zənginləşdirilməsinin durdurulması və Tehran əleyhinə analoqu olmayan sanksiyalar sözlərini müsbət qarşılayaraq deyib: Başqa ölkələrin ABŞ-ın yolunu getməsini istəyirik. 

Sionist reim baş naziri ötən ay onyadığı gülünc şouya və İranın nüvə fəaliyyətləri ilə bağlı yeni sənədləri təqdim etdiyinə toxunaraq deyib: Tehran öz nüvə proqramlarını izləməkdədir.