HƏMAS Qəzzənin mühasirəsinə son qoyulanadək yürüşün davam edəcəyini vurğulayıb
-
HƏMAS Qəzzənin mühasirəsinə son qoyulanadək yürüşün davam edəcəyini vurğulayıb
HƏMAS-ın yüksək səviyyəli hüzvü Qəzzənin mühasirəsinin ləğv olunmasınadək Qayıdış Haqqı yürüşünün davam edəcəyini bildirərək deyib: Fələstinlilərin Qayıdış Haqqı yürüşü çərçivəsindəki addımları fələstili qrupların kollektivliyinə malikdir və indiyədək bir çox strateji məqsədləri gerçəkləşdirmişdir.
Fələstin İslam Müqaviməti Hərəkatının (HƏMAS) siyasi bürosunun rəhbəri Yəhya Əs-Sinvar əl-Məyadin televiziyası ilə müsahibədə deyib: Fələstin xalqı hazırkı şəraiti nəzərə alaraq ictimai müqavimət və dinc addım stretegiyasını məqsəd seçib. Lakin bu digər seçimlərdən əl çəkmək mənasında deyildir.
HƏMAS hərəkatının yüksək səviyyəli üzvü sionist rejimin Fələstin müqaviməti liderlərinə qarşı hədələri haqda da deyib: Fələstinli liderlərin qanı vətən və müqəddəs atributlar uğrunda canını qurban verən heç bir şəhidin qanından daha dəyərli deyil.
Əs-Sinvar eyni zamanda HƏMAS və Qahirə arasında Qayıdış Haqqı yürüşlərinin dayandırılması üzrə hər hansı razılığın olmadığını bildirərək deyib: Bu hərəkətlər Fələstin xalqının məqsədlərini, başda Qəzzə zolağının mühasirəsinə həmişəlik son qoymaqla bağlı məqsədlərini reallaşdırana qədər davam edəcək.
HƏMAS-ın siyasi bürosunun rəhbəri həmçinin bu hərəkatın İranla münasibətləri haqda da bildirib: Bu münasibətlər tam səmimi əlaqələrdir və Tehran sionist rejimin 2014-cü ildə Qəzzə zolağına 51 günlük təcavüzündən sonra müqavimətə silah və məsləhət dəstəyində səhlənkarlıq etməyib.