Əfqanıstanın Qəzney vilayətində Əcristan rayonu azad olunub
May 22, 2018 17:05 Asia/Baku
-
Əfqanıstanın Qəzney vilayətində Əcristan rayonu azad olunub
Əfqanıstanın şərqində Qəzney vilayətinin Əcristan rayonu Taliban qruplaşmasının işğalından azad olunub.
İRNA-nın məlumatına görə, Əfqanıstan Müdafiə Nazirliyi bu gün çərşənbə axşamı günü bildirib: Əfqan təhlükəsizlik qüvvələri Talibanın hücumu nəticəsində məğlubiyyətə uğrayan Əcristan rayonunun mərkəzi hissələrini hücumçulardan təmizləyiblər.
Əfqanıstan Müdafiə Nazirliyi bu bəyanatda bildirib: Əcristan rayonu da hazırda dövlətin nəzarətindədir və Taliba qüvvələri tam əşkildə bu rayondan geri otuzdurulublar.
Taliban qruplaşması ötən şənbə gecə Əcristan rayonuna irimiyqaslı şəkildə hücuma keçərək polis mərkəzi və icra hakimiyyəti binasını işğal etmişdi.