Dəməşq və ətrafı tam şəkildə terrorçulardan təmizlənib
-
Dəməşq və ətrafı tam şəkildə terrorçulardan təmizlənib
Suriya paytaxtı Dəməşqin ətrafında artıq stabillik bərpa olunub. Belə ki, paytaxtın ətrafı terrorçulardan tam şəkildə təmizlənmişdir.
Dəməşqin ətrafında yeddi il müharibə və yaraqlı terrorçuların təqibindən sonra, nəhayət paytaxtın son bölgələri olan Həcərül-Əsvəd bölgələri və Yərmuk düşərgələri sionist-vəhhabi terrorçularından təmizlənib.
Suriya ordusunun hərbçisi deyib: Ordu qüvvələri dostlar və müttəfiqləri, xüsusilə də İran və Hizbullahın köməyi ilə Dəməşqin ətrafı və onun cənubunu ən təhlükəli yaraqlı terrorçulardan tam şəkildə təmizləyib.
Artıq bu gün minaatanlar və terrorçuların təhdidindən xəbər yoxdur. Onların son qalıqları zəlilcəsinə Dəməşqi tərk ediblər. Və Suriyanın şərqində Tənif səhrasında himayədarları amerikalıların yanına gediblər.
Suriyalı hərbçi deyib:Təkfirçi terrorçular sadəcə təxribat üçün Suriyaya gəlmişdilər. Və tapşırıqları bitdiyində buranı tərk etdilər.
Altı il öncə Ramazan ayı paytaxt Dəməşq şəhəri dörd tərəfdən mühasirədə idi. Bəlkə də bu günü düşünmək bir çoxları üçün qeyri-mümkün idi. Amma Suriya qalib gəldi.
Başqa bir suriyalı hərbçi deyib: Dəməşqdə Şərqi Qutədən tutmuş Qərbi Qutəyə qədər artıq terrorçular yoxdur. Bu cinayətkarlara elan edirik ki, harada olsanız, sizi təqib edəcəyik. Artıq Suriyada sizə yer yoxdur.
İndi Dəməşq şəhəri və onun ətrafının vəhhabi terrorçuların şərrindən təmizlənməsi əməliyyatının sona çatması ilə müqavimət döyüşçüləri və Suriya ordusu qüvvələrinin güllələri Dəraya doğru tuşlanmışdır.
Bu bölgədə baş verən ağır toqquşmalara rəğmən, sonda müqavimət döyüşçüləri qalib gəldi və İŞİD təkfirçiləri zəlilliklə bölgəni tərk etdilər.