May 23, 2018 10:46 Asia/Baku
  • "Sədr" cərəyanı: Amerikanın meyli və istəklərinə təslim olmayacağıq

İraqda Sədr cərəyanının siyasi bürosunun məsul şəxsi vurğulayıb: Sədr cərəyanı və digər iraqlı şəriklər bu qədər mübarizə və fədakarlıq etməyiblər ki, bu gün Amerikanın meyli və istəklərinə təslim olmuş olsunlar.

Ziya Ələsədi Əlməyadin telekanalı ilə müsahibədə deyib: İraqın siyasəti təkcə bir meyar əsasında təyin edilməlidir və o, İraqın maraqları, eləcə də qonşu ölkələrin mənafeyi və onlarla müvazinətli əlaqələrə malik olmaqdır və Amerikanın istəklərini qəbul etməyə İraqda yer yoxdur.

Ələsədi ABŞ rəsmilərinin İran barədəki son sözlərini qəbuledilməz adlandırıb. O, deyib: İran və İraq müştərək tarixi, mədəni, ictimai, iqtisadi və ticari maraqlara malikdirlər və biz heç vaxt başqalarının bu xüsusdakı diktələrini qəbul etməyəcəyik.

Digər bir xəbərə görə, İraqın baş naziri Heydər Əlibadi bir çıxışda bu ölkənin gələcək nazirlər kabineti barədəki baxışlarının Sədr cərəyanının sədri Muqtəda Sədrin baxışlarına yaxın olduğunu bildirərək, deyib: İraqın gələcək nazirlər kabineti güclü, əhatəli və tayfaçılıqdan uzaq olmalı və yeni dövlət ölkənin bütün əsas məsələlərini həll edə bilməlidir.

Teqlər