Bəhreyn ötən həftədə: 26 məhbus və 17 aksiya
Bəhreyn insan haqları mərkəzi ötən həftə bu ölkədə 17 aksiyanın keçirilməsindən və 26 nəfərin həbs olunmasından xəbər verib.
Bəhreyn insan haqları mərkəzi bir hesabatda bildirib ki, bu mərkəz keçən həftə, yəni mayın 14-dən 20-dək 26 bəhreynlinin siyasi cəhətdən həbs olunmasını qeydə alıbdır. Həbslər şəxsi geyimdə olan məmurlar və xəfiyyə qüvvələri tərəfindən həyata keçirilib.
Bəhreyn insan haqları mərkəzi əlavə edib: Keçən həftə həmçinin Bəhreynin on məntəqəsi 17 aksiyanın şahidi olubdur ki, bu aksiyalar bəzi məntəqələrdə xəfiyyə qüvvələri tərəfindən yatırılıbdır.
Belə bir halda, dünən gecə Şeyx İsa Qasimin yaşadığı Əlduraz məntəqəsinin sakinləri beş nəfərin öldürülməsilə nəticələnən 23 may, Ali-Xəlifə hərbçilərinin bu məntəqəyə basqını və Şeyx İsa Qasimin tərəfdarlarının piket keçirmələrinin ildönümü ərəfəsində aksiya təşkil ediblər.
Bəhreyn insan haqları mərkəzinin üzvlərindən olan Şeyx Meysəm Əlsalman deyib: Tibbi ekspertizanın məlumatları göstərir ki, Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimin tərəfdarlarından beş nəfər qəsdən öldürülmə niyyətilə hədəfə alınıb və onların həyatlarının xilas edilməsində səhlənkarlıq edilibdir.
Ali-Xəlifə rejiminin 2016-cı ilin iyununda Şeyx İsa Qasimin vətəndaşlığının əlindən alınması və mühakimə edilməsi üzrə hərəkətlərinin ardınca Bəhreyn xalqı din alimlərinin rəhbərliyi altında daim Əlduraz məntəqəsində yerləşən Şeyx İsa Qasimin mənzilinin ətrafında onu müdafiə nişanəsi olaraq, piket keçiribdir. Bu xalq piketləri Ali-Xəlifə rejiminin xəfiyyə qüvvələri tərəfindən həbslərin həyata keçirilməsi və Şeyx İsa Qasimin tərəfdarlarının həyatlarını itirmələri ilə nəticələnibdir.